...

Hava şəraitinin qeyri-sabit keçməsi turizm obyektlərinin sahiblərinə ciddi ziyan vurur - Fuad Nağıyev

Turizm Materials 17 İyul 2023 16:56 (UTC +04:00)
Hava şəraitinin qeyri-sabit keçməsi turizm obyektlərinin sahiblərinə ciddi ziyan vurur - Fuad Nağıyev

Bakı. Trend:

Azərbaycanda bir neçə müddətdir ki, hava şəraitinin dəyişkən keçməsi turizm imkanları üçün çətinlik yaradır.

Trend xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, yay mövsümü başlayandan hava şəraitinin qeyri-sabit keçməsi turizm obyektlərinin sahiblərinə ciddi ziyan vurur. Sədr söyləyib ki, çimərlik mövsümi iyunun 15-dən sentyabra kimi davam edir: “Bu il də yağışlı, küləkli günlərin sayının çox olması səbəbindən vətəndaşlar istirahətlərini planlaya bilmirlər. Sel, daşqınların turizmə vurduğu ziyan hələki hesablanmayıb”.

Xatırladaq ki, yay mövsümü başlayandan ölkədə qeyri-sabit hava şəraiti qeydə alınıb. Bir çox bölgədən sel keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti