...

İstisuyun bərpası və turistlərin Kəlbəcərə cəlb olunması gündəmdə duran məsələlərdəndir - Kənan Quluzadə

Turizm Materials 22 İyul 2023 17:25 (UTC +04:00)
İstisuyun bərpası və turistlərin Kəlbəcərə cəlb olunması gündəmdə duran məsələlərdəndir - Kənan Quluzadə
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Kəlbəcərdə turizm və rekreasiya zonalarının yaradılması nəzərdə tutulub.

Trend xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə jurnalistlərə açıqlamasında deyib.

K.Quluzadənin sözlərinə görə Qarabağın turizm potensialı dünyaya çatdırılmalıdır: “Qarabağın turizm potensialı nəzərə alınaraq, Dövlət Turizm Agentliyi tərəfindən bir neçə istiqamətdə turistik layihələrə başlanılıb. Destinasiyalardan biri Kəlbəcərdi. Burada turizm və rekreasiya zonalarının yaradılması nəzərdə tutulub. İstisuyun bərpası və turistlərin bura cəlb olunması da gündəmdə olan məsələdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti