...

Türkiyə Qara dənizdə neft axtarışı sahəsində konkret addımlar atmaqdadır

Dünya xəbərləri Materials 15 İyun 2008 14:17 (UTC +04:00)

Türkiyə, Ankara, 15 iyun / Trend , müxbir T.Əliyev/ Türkiyə Petrolları Anonim Ortaklığının (TPAO) ölkənin enerji tələbatını Qara dənizdə neft çıxarmaqla ödəmək niyyətində olduğunu bildirib.

їYeni Şəfəqї qəzetinin yazdığına görə, TPAO Türkiyənin 2015-ci ildən etibarən neft tələbatının yarısının Qara dənizdən qarşılanacağını, 2023 ildə isə ölkənin enerji məsələsində müstəqilliyini elan edəcəyini bildirib.

TPAO-nun prezidenti Mehmet Uysal bildirib ki, şirkət Qara dənizdə neft axtarışına dair konkret addımlar atıb. Qara dənizin şərqində milyardlarla barel neft ehtiyatı olduğunu bildirən Uysal, Qara dənizin qərbində də zəngin qaz yataqlarının olduğunu qeyd edib.

Braziliyanın Petro Bras şirkətinin 2009-cu ilin sonundan etibarən 3 il ərzində həmin bölgələrdə kəşfiyyat işləri aparması haqqında razılıq əldə edilib. Mehmet Uysalın sözlərinə görə, 2010-cu ildə kəşfiyyat işləri aparılarsa, 2015 ildə Türkiyənin illik 30 milyon barel neft tələbatının yarısı Qara dənizdən qarşılanacaq.

Bölgədə 9 böyük perspektiv strukturun olduğunu vurğulayan Uysal bildirib ki, onların hamısından müsbət nəticə alınarsa, 10 milyard barel neft istehsal edilə bilər və 2023-cü ildə Türkiyə enerji asılılığından azad olar.

їYeni Şəfəqї qəzetinin yazdığına görə, Türkiyənin enerji naziri Hilmi Gülər bildirib ki, İraqın Akkas bölgəsindəki qaz ehtiyatlarının çıxarılması və istifadəsi üçün Suriya, İraq və Türkiyə arasında üçtərəfli danışıqlar davam edir. Nazir qeyd edib ki, neftin qiymətinin artması fonunda Türkiyə və Türkiyə kimi ölkələrin alternativ enerji mənbələri nəzərə alınarsa, bu ölkələrin çarəsiz olmadığını söyləmək mümkündür.

Xəbər lenti

Xəbər lenti