Bakı. Trend:
Mosulda İŞİD terror təşkilatının komandirlərinin yığıncağı zamanı güclü partlayış baş verib.
Trend RİA Novosti-yə istinadən məlumat verir ki, şəhərin mərkəzi Əs-Sərcahana rayonunda baş verən partlayışın səbəbləri hələ məlum deyil.
Məlumata görə, partlayış zamanı İŞİD terror təşkilatının bir neçə yüksək rütbəli komandiri, eləcə də təşkilatın lideri Əbu Bəkr Əl-Bağadi ilə birbaşa əlaqəsi olan İŞİD batalyonunun komandiri həlak olub.