...

Kanar adalarında vulkan səbəbindən hava limanı bağlanıb

Dünya xəbərləri Materials 25 Sentyabr 2021 23:21 (UTC +04:00)
Kanar adalarında vulkan səbəbindən hava limanı bağlanıb

Bakı. Trend:

İspaniya hakimiyyəti Kanar arxipelaqının Palma adasındakı hava limanını Kumbre Vyexa vulkanının püskürməsi zamanı tüstü və kül buludları səbəbindən yenidən bağlayıb.

Trend-in məlumatına görə, vulkan püskürməsi bir həftə əvvəl başlayıb. Palma səlahiyyətliləri püskürmə səbəbiylə turistlər də daxil olmaqla təxminən 6.2 min adamı təxliyə etmək məcburiyyətində qalıb.

Qeyd edilir ki, adada sonuncu dəfə vulkan püskürməsi 1971-ci ildə baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti