...

ABŞ Dövlət Departamenti Latviyaya gəmi əleyhinə raketlərin satışını təsdiqləyib

Dünya xəbərləri Materials 3 May 2023 04:01 (UTC +04:00)
ABŞ Dövlət Departamenti Latviyaya gəmi əleyhinə raketlərin satışını təsdiqləyib

Bakı. Trend:

ABŞ Dövlət Departamenti Latviyaya NSM CDS (Naval Strike Missile Coastal Defense System) gəmi əleyhinə raketlərdən ibarət sahil müdafiəsi kompleksinin mümkün satışını təsdiqləyib.

Trend xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik sahəsində Əməkdaşlıq Agentliyi məlumat yayıb.

"Dövlət Departamenti xarici ölkələrə silah və hərbi texnika satışı çərçivəsində Latviya hökumətinə 110 milyon dollar dəyərində gəmi əleyhinə raketlərdən ibarət sahil müdafiəsi kompleksinin, habelə müvafiq avadanlıqların mümkün satışını təsdiqləyib", - deyə məlumatda bildirilir.

Bildirilir ki, paketə həmçinin taktiki, telemetriya və təlim raketləri, mobil əməliyyat platformaları, inteqrasiya avadanlığı, ehtiyat hissələri, döyüş sursatı ilə bağlı avadanlıqlar daxil olacaq. Tədarüklərin həyata keçirilməsi üçün ABŞ hökuməti və ya podratçıların nümayəndələrinin Latviyaya səfəri tələb olunmayacaq.

"Mümkün satış Latviyanın Baltik dənizində mövcud və gələcək təhlükələrə tab gətirmək qabiliyyətini artıracaq. Latviya Sahil Mühafizəsinin imkanlarının və ABŞ və NATO qüvvələri ilə qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi Baltikyanı ölkələrdə təhlükəsizlik baxımından həm ABŞ, həm də Latviyanın maraqlarına cavab verir", - deyə məlumatda qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti