...

Peskov Yaxın Şərqdə qaynar müharibəni dayandırmağı birinci vəzifə adlandırıb

Dünya xəbərləri Materials 17 Oktyabr 2023 15:02 (UTC +04:00)
Peskov Yaxın Şərqdə qaynar müharibəni dayandırmağı birinci vəzifə adlandırıb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Münaqişənin "qaynar" mərhələsinin dayandırılması bu gün İsrail-Fələstin münaqişəsinin həllində prioritetdir.

Trend xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.

Kreml nümayəndəsinin sözlərinə görə, münaqişənin genişlənməsi təhdidi hələ də mövcuddur və bu, bütün region üçün son dərəcə dəhşətli nəticələrə səbəb ola bilər. Bu səbəbdən indi əsas məsələ qaynar müharibəni dayandırmaq, daha sonra isə konseptual qaydada yeni səylərlə tənzimləmə prosesinə yanaşmaq lazımdır.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1400-ü keçib, 3000-dən çox adam yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti