...

Misirin Qəzzaya göndərdiyi humanitar yardım bu tarixədək çatdırılacaq

Dünya xəbərləri Materials 20 Oktyabr 2023 10:40 (UTC +04:00)
Misirin Qəzzaya göndərdiyi humanitar yardım bu tarixədək çatdırılacaq
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Misirin Qəzzaya göndərdiyi humanitar yardım oktyabrın 21-dək çatdırılacaq.

Trend-in xəbərinə görə, bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi Arye Şaruz Şalikar açıqlama verib.

Onun sözlərinə görə, humanitar yükün ilk partiyası ən geci sabah, yəni oktyabrın 21-də Qəzzaya çatdırılacaq.

Qeyd edək ki, bir müddət əvvəl Misirin humanitar yardım və yanacaq karvanlarının Rəfah və Kerem-Şalom keçid məntəqələri vasitəsilə Qəzza zolağına buraxılması üçün İsraillə danışıqlar apardılğına dair məlumat yayılıb. Məlumata görə, İsrail bütün yardım göndərişlərini yoxlayaraq yardımın HƏMAS-a fayda verməyəcəyinə dair təminat istəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti