...

Rusiyada qəzaya uğrayan "Mi-8" helikopterinin ilk ekipaj üzvünün meyiti tapılıb

Dünya xəbərləri Materials 5 Fevral 2024 23:29 (UTC +04:00)
Rusiyada qəzaya uğrayan "Mi-8" helikopterinin ilk ekipaj üzvünün meyiti tapılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya xilasediciləri Kareliyada Oneqa gölünün dibində Fövqəladə Hallar Nazirliyinin "Mi-8" helikopterinin ekipaj üzvlərindən birinin meyitini aşkar ediblər.

Trend-in məlumatına görə, bu barədə Rufiyanın Kareliya Respublikasının Əhalinin həyat şəraitinin və təhlükəsizliyinin təmin edilməsi üzrə Dövlət Komitəsi xəbər verib.

Daha iki ekipaj üzvünün cəsədi hələ də tapılmayıb. Bildirilib ki, dalğıclar Moskva vaxtı ilə saat 00:00-a qədər işlərini davam etdirəcək, bundan sonra onlar uzaqdan idarə olunan robotla dibinin perimetrini yoxlayacaqlar.

Qeyd edək ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Aviasiya Xilasetmə Mərkəzinin Kareliyada Oneqa gölü üzərində təlim uçuşu həyata keçirən "Mi-8" helikopteri fevralın 4-də üç ekipaj üzvü ilə əlaqə kəsilib. Helikopterin qalıqları sahildən 11 km aralıda aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti