...

Azərbaycanın investisiya şirkəti və ICD Anlaşma Memorandumu imzalayıb

Maliyyə Materials 30 Aprel 2024 17:10 (UTC +04:00)
Azərbaycanın investisiya şirkəti və ICD Anlaşma Memorandumu imzalayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Ər-Riyad. Trend:

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) "Azərbaycan İnvestisiya Şirkəti" ASC ilə Anlaşma Memorandumu imzalayıb.

Trend xəbər verir ki, imzalanma mərasimi Ər-Riyadda İslam İnkişaf Bankı Qrupunun (İİB) illik müşavirələri çərçivəsində baş tutub.

Bu əməkdaşlıq ICD-nin öz Azərbaycanda iştirakını dərinləşdirməklə və özəl sektorun təşəbbüslərinə dəstək verməklə dayanıqlı iqtisadi artıma və çiçəklənməyə imkan yaratmaq səylərini vurğulayır.

Bundan başqa, ICD həmçinin Rabitəbank ilə Azərbaycanda maliyyələşdirmə xəttinə dair saziş imzalayıb. Sazişə əsasən, ICD bankı 15 milyon ABŞ dolları dəyərində şəriətə uyğun maliyyələşdirmə xətti ilə təmin edəcək ki, bu da Azərbaycanda kiçik və orta biznesin maliyyələşdirilməsi və dəstəklənməsinə yönələcək.

Bu, ICD-nin bütünlükdə MDB regionundakı üzv ölkələrdə yerli biznesin imkanlarının genişləndirilməsinə və özəl sektorun artımına dəstəyə sarsılmaz sadiqliyini bir daha vurğulayır.

Qeyd edək ki, aprelin 27-dən 30-dək Ər-Riyadda (Səudiyyə Ərəbistanı) İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləzizin Əl Səudun kral himayəsi ilə İslam İnkişaf Bankı Qrupunun (İİB) illik toplantıları və qızıl yubileyi keçirilir.

2024-cü ildə keçirilən görüşlərin mövzusu "Keçmişə dəyər verərək, gələcəyin planlaşdırılması: orijinallıq, həmrəylik və tərəqqi"dir. Bu görüşlər Bankın üzv ölkələrdə sosial-iqtisadi inkişafı təşviq etmək üzrə fəaliyyətinin 50 illiyini əks etdirir.

Tədbir çərçivəsində Azərbaycan hökumətinin nümayəndələrinin iştirakı ilə COP29 mövzusunda dəyirmi masanın keçirilməsi planlaşdırılır.

Qrupun illik görüşlərinin və Cənub-Cənub əməkdaşlığının aparıcı çoxtərəfli inkişaf bankı olan İİB-in qızıl yubileyinin beynəlxalq və regional diqqəti cəlb edəcəyi gözlənilir. İllik görüşlər hökumət, beynəlxalq və regional təşkilatlar, özəl sektor, elm və vətəndaş cəmiyyətinin yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə bir sıra əlavə tədbirləri əhatə edir.

Tədbirlərdə İİB-ə üzv 57 ölkənin iqtisadiyyat, planlaşdırma və maliyyə nazirləri, o cümlədən beynəlxalq və regional maliyyə institutlarının, İslam banklarının, özəl sektor şirkətlərinin, milli və beynəlxalq inkişaf maliyyə institutlarının, beynəlxalq və regional təşkilatların, QHT-lərin nümayəndələri, ticarət və sənaye palataları və biznes şuralarının nümayəndələri iştirak edirlər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti