...

Avropa müdafiə üçün yalnız NATO-ya bel bağlamamalıdır - partiya rəhbəri

Dünya xəbərləri Materials 8 Mart 2024 05:47 (UTC +04:00)
Avropa müdafiə üçün yalnız NATO-ya bel bağlamamalıdır - partiya rəhbəri

Bakı. Trend:

Avropa özünü mümkün təcavüzdən qorumaq üçün yalnız NATO-ya güvənməməlidir.

Trend-in məlumatına görə, bunu Almaniyanın ən böyük müxalifət partiyası olan Xristian Demokrat İttifaqının (CDU) rəhbəri Fridrix Merz bildirib.

"Düzdür, biz hamımız NATO-ya və Transatlantik tərəfdaşlığımıza dərin sadiqik. Bununla belə, biz avropalılar təkcə NATO-ya güvənməməliyik, həm də özümüzün qayğısına qalmalıyıq, istənilən təcavüzdən özümüzü qorumalıyıq", - Merz deyib.

O, həmçinin vurğulayıb ki, Avropaya təcavüz təhlükəsi təkcə xaricdən deyil, həm də daxildən gəlir. Onun sözlərinə görə, Avropa öz dəyərlərini həm sağ, həm də solçu populistlərdən və ekstremistlərdən qorumalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti