...

İsrailin hücumu cavabsız qalmayacaq - İran prezidenti

Dünya xəbərləri Materials 2 Aprel 2024 12:10 (UTC +04:00)
İsrailin hücumu cavabsız qalmayacaq - İran prezidenti
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail HHQ-nin İranın Dəməşqdəki konsulluğuna qarşı hücumu cavabsız qalmayacaq.

Trend-in məlumatına görə, bunu İran prezidenti İbrahim Rəisi sözügedən hücumla əlaqədar etdiyi müraciətdə bildirib.

İ.Rəisinin sözlərinə görə, İsrailin Dəməşqdə İran konsulluğuna hücumu beynəlxalq qaydaların açıq-aşkar pozulmasıdır.

İran prezidenti İsrailin bu hücumla öz məqsədlərinə çata bilməyəcəyini deyib.

Qeyd edək ki, dünən yerli vaxtla saat 17:00 radələrində İsrail HHQ-nin Dəməşqin Mezze məhəlləsini vurması nəticəsində azı 11 nəfər, o cümlədən, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriya və Livan üzrə komandanı, general Məhəmməd Rza Zahedi və onun müavini Məhəmməd Hacı Rəhimi ölüb.

Xəbər lenti

Xəbər lenti