...

İran İsraili məhvedici müharibə ilə hədələdi

Dünya xəbərləri Materials 29 İyun 2024 10:14 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İran İsrail rejiminin Livana hücum barədə təbliğatını psixoloji müharibə hesab edir.

Trend xəbər verir ki, bu barədə İranın BMT-dəki Nümayəndəliyinin “X” hesabında qeyd olunub.

"Lakin əgər genişmiqyaslı hərbi aqressiya başlayarsa, buna məhvedici müharibə ilə cavab veriləcək.

Hazırda bütün cəbhələrdən hücum da daxil olmaqla, istənilən müqavimət variantı nəzərdən keçirilir", - deyə əlavə edilib.

Qeyd edək ki, bir qədər əvvəl ABŞ Qətərdən İsrail və Hizbullah arasında münaqişənin həllinə yardım etməsini istəyib. "The Washington Post"un yaydığı məlumata görə, Qətər İsrail-Livan sərhədində Hizbullah və İsrail arasında gərginliyin azaldılmasına kömək etmək üçün Bayden administrasiyasından müraciət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti