...

İranda prezident seçkilərinin yekun nəticəsi elan edildi - İkinci tur olacaq

Dünya xəbərləri Materials 29 İyun 2024 12:17 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gün (28 iyun) İranda keçirilən 14-cü çağırış prezident seçkilərində 24,5 milyon seçici səsvermədə iştirak edib.

Trend-in məlumatına görə, bunu İran Daxili İşlər Nazirliyi yanında Seçki Qərargahının sözçüsü Möhsün Eslami deyib.

M.Eslami bildirib ki, növbədənkənar prezident seçkilərində seçici aktivliyi 40% təşkil edib.

Eslami əlavə edib ki, yekun nəticə İranın Konstitusiya Nəzarət Şurası tərəfindən təsdiqlənməlidir.

“Beləliklə namizədlərdən heç biri səslərin 50%-ni toplaya bilmədiyi üçün 5 iyulda prezident seçkilərinin 2-ci turu Məsud Pezeşkian və Səid Cəlili arasında baş tutacaq”, - deyə o qeyd edib.

Səsverməyə əsasən sabiq səhiyyə naziri və “İslahatçılar” düşərgəsinin nümayəndəsi Məsud Pezeşkian 10,4 milyon, İranın Ali Liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili 9,47 milyon, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf 3,38 milyon və sabiq təhlükəsizlik rəsmisi Mustafa Purməhəmmədi 206 min səs toplayıb.

Qeyd edək ki, hazırda İranda 61 452 321 nəfər seçici hüququna sahibdir.

Xəbər lenti

Xəbər lenti