Bakı. Trend:
Məşhur fransalı aktyor Alen Delon 88 yaşında vəfat edib.
Trend-in məlumatına görə, bu barədə "Le Figaro" qəzeti xəbər verib.
Eyni zamanda, "BFMTV" televiziya kanalı aktyorun üç övladına istinadən bildirib ki, o, Fransanın Duşi kommunadakı evində, ailəsinin əhatəsində dünyasını dəyişib.
Alen Delon 8 noyabr 1935-ci ildə Fransada anadan olub. O, teatr və kino aktyoru, rejissor, ssenarist və prodüser olub. A.Delon ən böyük şöhrəti "Rokko və qardaşları" (1960), "Parlaq günəşdə" (1960), "Samuray" (1967) və "Şəhərdə iki nəfər" (1973) kimi filmlərdən sonra qazanıb. Uzun karyerası ərzində o, kino və teatrda yüzlərlə rol oynayıb.