...

Bu ölkələr böyük təhlükə altındadır - BMT-dən xəbərdarlıq

Dünya xəbərləri Materials 27 Avqust 2024 14:14 (UTC +04:00)
Bu ölkələr böyük təhlükə altındadır - BMT-dən xəbərdarlıq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş, Sakit okeandakı ada ölkələrinin dənizlərdəki suyun səviyyəsinin yüksəlməsinin gətirdiyi təhlükələrlə üzləşdiyinə diqqət çəkib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, Quterreş Tonqa Krallığında keçirilən 53-cü Sakit Okean Adaları Forumunda okean və dəniz suyunun səviyyəsinin artmasının təsirləri haqqında məlumat verib.

İqlim dəyişikliyi ilə əlaqədar okeanlarda suyun səviyyəsinin qalxmasının Sakit okean ada ölkələri üçün ciddi təhlükə yaratdığını bildirən Quterreş, qalıq yanacaqlardan istifadə edərək ətraf mühitə atılan karbon emissiyalarının su səviyyəsinin artımını sürətləndirdiyini qeyd edib.

Quterreş vurğulayıb ki, böyük şirkətlər və inkişaf etmiş ölkələr iqlimlə bağlı razılaşmaları yerinə yetirməli və iqlim dəyişikliyindən təsirlənən ölkələr üçün maliyyəni xeyli artırmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti