Bakı. Trend:
Şimali Koreya ikitərəfli hərbi əlaqələrin dərinləşməsi fonunda 2022-ci ilin ortalarından bəri Rusiyaya içində silah olduğu ehtimal edilən 13 mindən çox konteyner göndərib.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, Şimali Koreya təxminən iki il müddətində şərq limanı Najin vasitəsilə 6 milyon 152 mm-lik artilleriya mərmisi daşıya bilən yüklər göndərib.
Qeyd edək ki, Şimali Koreya 2023-cü ildə xüsusi hərbi əməliyyata kömək etmək məqsədilə Rusiyaya təxminən 7 min konteyner sursat və digər hərbi texnika göndərib.