...

Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin müdafiə nazirləri Pekində təhlükəsizlik məsələlərini müzakirə edəcək

Dünya xəbərləri Materials 24 Aprel 2006 15:10 (UTC +04:00)

Aprelin 26-da Şanxay Əməkdaşlıq Təşkilatının iştirakçı ölkələrinin müdafiə nazirləri Pekində regional təhlükəsizlik məsələlərini müzakirə edəcək. Bu barədə ÇXR mərkəzi hökumətinin saytı məlumat verir.

Trend in xəbər verdiyi kimi, qısa məlumatda deyilir ki, aprelin 26-da keçiriləcək görüşdə iştirak etmək üçün Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın müdafiə nazirləri Çinin paytaxtına gələcək. İclası ÇXR-in müdafiə naziri, Çinin Mərkəzi Hərbi Şura başçısının müavini Sao Qançuan (Cao Gangchuan) aparacaq.

"Görüşdə nazirlər regional təhlükəsizlik, "3 bəla" (terrorçuluq, ekstremizm və separatizm) ilə mübarizə və "qarşılıqlı narahatlıq" doğuran digər problemləri müzakirə edəcək.

Əvvəllər bildirilirdi ki, müdafiə nazirlərinin görüşündə PƏT ölkələrinin birgə təlimlərinin keçirilməsi ilə bağlı məsələ də müzakirə oluna bilər. Bu barədə RİA "Novosti" xəbər verir.

Xəbər lenti

Xəbər lenti