...

Aygün Kazımova: "Əla şayiədir"

Mədəniyyət Materials 17 Noyabr 2011 16:54 (UTC +04:00)
Azərbaycanın xalq artisti, tanınmış estrada müğənnisi Aygün Kazımovadan xəbər var.
Aygün Kazımova: "Əla şayiədir"

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir Ş.Cavadsoy/

Azərbaycanın xalq artisti, tanınmış estrada müğənnisi Aygün Kazımovadan xəbər var. İmicini dəyişdirdikdən sonra yerli şou-biznesin Beyonsu olmağa müvəffəq olan Kazımovanın Dağıstan Muxtar Respublikasının xalq artisti fəxri adına layiq görülməsi barədə məlumatlar yazılmaqdadır.

Hətta "Facebook" sosial şəbəkəsində olan fanatları pop-divanı təbrik edir, onu bu uğuru münasibətilə təbrik edirlər. Hazırda Kazımova İstanbulda olduğu üçün Trend-ə müğənninin yaxın dostu, 106.3 radiosunun dj-i Kazım Bağırov açıqlama verdi. "Yayılan informasiyanı Aygün xanıma söyləyəndə bir az susdu. Və sonra gülümsənərək, "Əla şayiədir" deyib, xəbəri nə təsdiq, nə də təkzib etdi. Yəqin ki, Bakıya gəldiyi zaman özü bu barədə mediaya ətraflı məlumat verər", - Kazım belə dedi.

Qeyd etmək yerinə düşərdi ki, Türk dünyasının sənət kraliçası İlhamə Quliyeva, Zaur Rzayev Azərbaycanla yanaşı Dağıstanın xalq artisti adlarını daşıyırlar. Müğənni Bəsti Bəkirova isə muxtar respublikanın əməkdar artistidir.

Xəbər lenti

Xəbər lenti