...

30 il torpaqlarımız işğal altında idi, indi başımız ucadır - Füzuliyə qayıdan sakin

Cəmiyyət Materials 26 Aprel 2024 06:55 (UTC +04:00)
30 il torpaqlarımız işğal altında idi, indi başımız ucadır - Füzuliyə qayıdan sakin
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

30 il torpaqlarımız işğal altında idi, indi başımız ucadır, vətənimizə geri dönürük.

Bunu Trend-ə Füzuliyə qayıdan sakin Ağa Abdullayev deyib.

O qeyd edib ki, Füzulini tərk etdiyimiz günlər bizim üçün çox ağır idi.

“30 ildə Vətən həsrəti ilə yaşamışam, əziyyətli günlərimiz çox olub. O günləri yada salmaq istəmirəm. Allaha şükürlər olsun ki, bu həsrət sona çatdı və biz artıq doğma kəndimizə qayıdırıq, gələcəyə baxırıq. Mən cənab Prezidentimiz İlham Əliyevə can sağlığı arzu edirəm, Allahdan qazilərimizə şəfa, şəhidlərimizə rəhmət diləyirəm. Onlar bizə bu sevinci yaşatdı, bizi doğma yurdumuza qaytardı”, - deyə o əlavə edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, bu gün Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 26-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 140 nəfər köçürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti