...

Rusiya sülhməramlılarının Azərbaycandan tam çıxarılması prosesinə başlanılıb - Baş Qərargah rəisi

Siyasət Materials 26 Aprel 2024 11:38 (UTC +04:00)
Rusiya sülhməramlılarının Azərbaycandan tam çıxarılması prosesinə başlanılıb - Baş Qərargah rəisi
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

10 noyabr 2020-ci il tarixli bəyanata əsasən Azərbaycan Respublikası Qarabağ İqtisadi Rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının Sülhməramlı Kontingentin də ölkə ərazisindən tam çıxarılması prosesinə başlanılıb.

Trend xəbər verir ki, bunu Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimində deyib.

Qərargah rəisi, regionda sülhün və sabitliyin rifahı naminə vicdanlı və cəsarətli xidmətlərinə görə Türkiyə və Rusiya hərbi qulluqçularına təşəkkür edib.

Qeyd edək ki, Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan Memoranduma əsasən, Qarabağ bölgəsində atəşkəs rejiminə nəzarət etmək və qanun pozuntularının qarşısının alınması məqsədi ilə 2021-ci il yanvarın 30-da Azərbaycanın Ağdam şəhərində Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yaradılıb.

2023-cü ilin 19-20 sentyabr antoterror əməliyyatı nəticəsində Azərbaycan suverenliyini bütün ölkə ərazisində bərpa edib. Bununla əlaqədar Rusiya Sülhməramlı Kontingenti bir neçə gün əvvəl Qarabağ bölgəsini tərk etməyə başladığından Birgə Mərkəzin fəaliyyətinə də ehtiyac qalmayıb.

Onu da əlavə edək ki, Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacağı barədə Türkiyə Milli Müdafiə Nazirliyi aprelin 18-də məlumat yaymışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti