...

Əqli mülkiyyətin əsas problemi ekosistemin formalaşmasıdır - İdarə Heyətinin sədri

Cəmiyyət Materials 26 Aprel 2024 10:40 (UTC +04:00)
Əqli mülkiyyətin əsas problemi ekosistemin formalaşmasıdır - İdarə Heyətinin sədri
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Əqli mülkiyyət sahəsində olan naliyyətlərdə tarizi Zəfərimizin böyük payı var.

Trend xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov “Əqli mülkiyyət müasir mərhələdə” mövzusunda “Dəyirmi masa”da çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əqli mülkiyyətin əsas problemi əqli mülkiyyət ekosisteminin formalaşmasıdır.

“Prezident İlham Əliyevin apardığı islahatlar imkan verdi ki, Azərbaycanda əqli mülkiyyət ekosistemi yenidən formalaşsın. Müəllif hüquqları qanunla qorunur. Müəllif hüquq sistemi daha demokratikdir. Dövlət başçısı tərəfindən təsdiqlənən nizamnaməmizdə yeni istiqamətlər əks olunmaqla bütün sahələr əhatə olundu”, - deyə K.İmanov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti