...

Milli ideyaların yaranması istiqamətində UNEC-də növbəti ictimai müzakirə: "Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan" (FOTO)

Cəmiyyət Materials 26 Aprel 2024 11:27 (UTC +04:00)

Bakı. Trend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziyalara müsahibəsi zamanı ölkənin gələcək inkişafı ilə bağlı milli ideyaların yaranması məqsədilə ictimai müzakirələrin aparılması barədə çağırışına uyğun olaraq, UNEC-də "Gələcək özümü gələcək?" başlıqlı ikinci ictimai müzakirə keçirilib.

Bu dəfəki müzakirə "Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan: yaşıl müqayisəli üstünlüklər, rəqəmsal dayanıqlılıq!" mövzusunda olub. Müzakirənin videoyazısı qısa zamanda ictimaiyyətə təqdim olunacaq.

Xatırladaq ki, 15 apreldə "Gələcək əsr deyil, əsərdir!" mövzusunda keçirilən müzakirənin videoyazısı ictmaiyyətə tədqim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti