...

Ombudsmanın əlilliyi olan şəxslərin hüquqlarının qorunması ilə bağlı illik hesabat hazırlamağı təklif edildi

Cəmiyyət Materials 26 Aprel 2024 10:22 (UTC +04:00)
Ombudsmanın əlilliyi olan şəxslərin hüquqlarının qorunması ilə bağlı illik hesabat hazırlamağı təklif edildi
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin deputatı Vüqar Bayramov Ombudsman İnstitutunun əlilliyi olan şəxslərin hüquqlarının qorunması ilə bağlı illik hesabat hazırlamağı təklif edib.

Trend-in məlumatına görə, deputat parlamentin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında çıxışı zamanı bildirib ki, məsələ ilə əlaqəli bir çox ölkələrin təcrübəsinə nəzər yetirib.

Onun sözlərinə görə, apardığı araşdırmalarla həmin ölkələrdə Ombudsman institutu bir çox sahədə illik hesabat hazırlayır: “Həmin hesabatlardan biri də əlilliyi olan şəxslərin hüquqlarının qorunması ilə bağlıdır. Çünki çox vacibdir ki, Ombudsman instututu tərəfindən əlilliyi olan şəxslərin hüquqlarının qorunması ilə bağlı illik hesabat hazırlasın. Bu da inkluzivlik baxımından çox önəmlidir Azərbaycan inklüziv inkişafı ilə seçilən ölkələrdəndir. Dövlət başçısı İlham Əliyev də çıxışında dəfələrlə inkluziv inkişafın ölkəmiz üçün prioritet olduğunu qeyd edib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti