...

Tokio, Roma və London ən yeni qırıcının prototipini hazırlamağı istəyirlər

Dünya xəbərləri Materials 26 Aprel 2024 07:32 (UTC +04:00)
Tokio, Roma və London ən yeni qırıcının prototipini hazırlamağı istəyirlər

Bakı. Trend:

Yaponiya, İtaliya və Böyük Britaniya birgə hazırladıqları ən yeni qırıcı prototipini 2026-cı ildə hazırlamağı planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə "Nikkei" qəzeti xəbər verib.

Məlumata əsasən, hazırda Yaponiya parlamenti qırıcı təyyarənin yaradılmasında üç ölkənin səylərini, o cümlədən hökumətlərin və özəl şirkətlərin hərəkətlərini əlaqələndirəcək idarəetmə orqanının yaradılması haqqında sazişin müzakirəsinə başlayıb. Tərəflər ilin sonuna kimi GIGO (Global Combat Air Programme International Government Organisation) adlanacaq belə bir təşkilat yaratmağa sadiqdirlər. Onun qərargahı Londonda olacaq və Yaponiya Müdafiə Nazirliyinin bir neçə onlarla əməkdaşı ora göndəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti