...

Avtoxuliqanlıq edən sürücülər həbs olundu

Cəmiyyət Materials 26 Aprel 2024 09:00 (UTC +04:00)
Avtoxuliqanlıq edən sürücülər həbs olundu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradan, idarə etdikləri "Toyota" markalı avtomobillərlə sürət yarışı etməklə yol hərəkəti qaydalarını kobud şəkildə pozan Mirəli Rəhimov və Nihad Abışov saxlanılıblar.

Avtoxuliqanlıq hərəkətləri edən həmin şəxslər barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün Astara Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 25 sutka inzibati qaydada həbs ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti