...

Tərtərdə mikroavtobusla minik avtomobili TOQQUŞDU: Xəsarət alanlar var

Hadisə Materials 26 Aprel 2024 09:30 (UTC +04:00)
Tərtərdə mikroavtobusla minik avtomobili TOQQUŞDU: Xəsarət alanlar var
Təhməz Əsədov
Təhməz Əsədov
Bütün xəbərlər

Bakı. Trend:

Tərtərdə yol-nəqliyyat hadisəsi baş verib.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, hadisə aprelin 25-i saat 18 radələrində qeydə alınıb.

Belə ki, Məmmədzadə Şaiq İlham oğlu idarə etdiyi “VAZ 21104” markalı minik avtomobili ilə Tərtər şəhəri E.Hüseynov küçəsi ərazisindən keçən asfalt yolda hərəkətdə olarkən eyni istiqamətdə qarşıda hərəkət edərək sola dönən Rzayev İlham Muminik avtomobili toqquşdustafa oğlunun idarə etdiyi “QAZ 32213” markalı mikroavtobus ilə toqquşub.

Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində mikroavtobusda olan sərnişinlər Çələbiyeva Təranə Qamil qızı, Quliyeva Dilarə Məhərrəm qızı, Əliyeva Gülnarə Eldar qızı və Əlizadə Lalə Vüqar qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Tərtər RPŞ-nin İQ-da araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti