...

Azərbaycan əqli mülkiyyətlə bağlı 15 ölkə arasında yer alıb - Kamran İmanov

Cəmiyyət Materials 26 Aprel 2024 10:44 (UTC +04:00)
Azərbaycan əqli mülkiyyətlə bağlı 15 ölkə arasında yer alıb - Kamran İmanov
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Dünyada əqli mülkiyyətlə bağlı 204 ofis var.

Trend xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov “Əqli mülkiyyət müasir mərhələdə” mövzusunda “Dəyirmi masa”da çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dünyada ən yaxşı olan 15 ofis seçilib.

“Azərbaycan 15 ölkə arasında yer alıb. Biz eyni zamanda Avrasiya Patent Təşkilatı ilə də əməkdaşlıq edirik. Biz onlarla əməkdaşlıq çərçivəsində öz modelimizi təqdim etdik", - o deyib.

Qeyd edək ki, bugün “Əqli mülkiyyət müasir mərhələdə” mövzusunda “Dəyirmi masa” keçirilib. Dəyirmi masada ölkəmizin dövlət orqanlarının rəsmiləri, millət vəkilləri, elm və təhsil müəssisələrinin əməkdaşları, sahə üzrə mütəxəssislər və digər şəxslərin iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti