...

"Sumqayıt"ın baş məşqçisi "Barselona"nın prezidenti ilə görüşüb (FOTO)

İdman Materials 26 Aprel 2024 11:40 (UTC +04:00)
"Sumqayıt"ın baş məşqçisi "Barselona"nın prezidenti ilə görüşüb (FOTO)

Bakı. Trend:

"Sumqayıt"ın baş məşqçisi Samir Abasovun "Barselona" klubunda təcrübə proqramı davam edir.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu “Gənclik şəhəri” təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Abasov proqram çərçivəsində "Barselona" Akademiyasının - "La Masiya"nın fiziki hazırlıq üzrə direktoru Manuel Lapuente ilə görüşüb. Mütəxəssis gənc oyunçuların fiziki hazırlıq proqramları və onların əsas komandaya adaptasiyası haqqında təcrübələri ilə tanış olub.

O, səfər çərçivəsində, həmçinin, "Barselona" B komandasının baş məşqçisi Rafael Markeslə də görüşərək fikir mübadiləsi aparıb. Baş məşqçi ötən gün əsas komandanın məşqini izləyib və "Barselona"nın prezidenti Joan Laporta ilə də görüşüb.

Xəbər lenti

Xəbər lenti