...

Əlillərin VII ümumrespublika bədii yaradıcılıq baxış-müsabiqəsi keçirilib (FOTO)

Mədəniyyət Materials 25 Noyabr 2016 19:06 (UTC +04:00)
Əlillərin Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş VII ümumrespublika bədii yaradıcılıq baxış-müsabiqəsi keçirilib.
Əlillərin VII ümumrespublika bədii yaradıcılıq baxış-müsabiqəsi keçirilib (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Bakı Uşaq Teatrı, Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə Əlillərin Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş VII ümumrespublika bədii yaradıcılıq baxış-müsabiqəsi keçirilib.

İdarədən Trend-ə verilən məlumata görə, baxış-müsabiqədə əlilliyi olan şəxslərin bədii yaradıcılığın müxtəlif növlərində (mahnı, muğam, rəqs, instrumental ifaçılıq, bəstəkarlıq, poeziya, bədii qiraət və s.) öz istedad və qabiliyyətlərini nümayiş etdirməsinə imkan yaradılıb.

Noyabrın 30-da Azərbaycan Dövlət Musiqili Teatrında müsabiqə qaliblərinin qala konserti və mükafatlandırma mərasimi təşkil olunacaq.

Tədbirin keçirilməsində məqsəd əlillərin və sağlamlıq imkanları məhdud uşaqların istedad və qabiliyyətlərinin aşkara çıxarılması və onların cəmiyyətə inteqrasiyasına dəstək verməkdir.

Tədbirin ilk mərhələsi kimi respublikanın bölgələrində bədii yaradıcılıqla məşğul olan əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar zona turlarına cəlb olunublar.

Zona turnirlərində seçilərək fərqlənən əlil uşaqlar 27-28 noyabrda Azərbaycan Teatr Xadimləri İttifaqında keçiriləcək baxış-müsabiqənin final mərhələsində iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti