...

2017-ci il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" seçildi (FOTO)

Mədəniyyət Materials 1 Dekabr 2016 17:02 (UTC +04:00)
Dekabrın 1-də Şəkidə keçirilən TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısına yekun vurulub.
2017-ci il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" seçildi (FOTO)

Bakı. Trend:

Dekabrın 1-də Şəkidə keçirilən TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısına yekun vurulub.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, toplantı çərçivəsində qəbul olunan qərarlar və yekun bəyannamə imzalanıb.

İmzalanma mərasimindən sonra 2017-ci il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" Qazaxıstanın Türküstan şəhərinin seçildiyi elan olunub.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Türk dünyasının mədəniyyət paytaxtı" layihəsinin rəmzlərini Qazaxıstan nümayəndəsinə təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti