Bakı. Orxan Quluzadə - Trend:
Azərbaycanın Şəki şəhəri ilə Türkiyənin Bolu vilayətinin Göynük bələdiyyəsi qardaşlaşıb.
Trend-in məlumatına görə, bununla bağlı protokolu Göynük bələdiyyəsinin sədri və İpək Yolu Bələdiyyələr Birliyinin rəhbəri Kamal Kazan və Şəki şəhər bələdiyyəsinin sədri Elşad İbadov imzalayıblar.
Göynükdə keçirilən imzalanma mərasimində bildirilib ki, bu razılaşma Türkiyə ilə Azərbaycan arasında tarixi və mədəni əlaqələri daha da gücləndirəcək və iki şəhər arasında, xüsusilə turizm sahəsində əməkdaşlıq əlaqələri qurulacaq.