...

Husilər Ədən körfəzindəki "MSC Darwin" gəmisinə hücum ediblər

Dünya xəbərləri Materials 26 Aprel 2024 04:18 (UTC +04:00)
Husilər Ədən körfəzindəki "MSC Darwin" gəmisinə hücum ediblər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yəmənin "Ənsar Allah" (husilər) üsyançı hərəkatı Ədən körfəzindəki "MSC Darwin" gəmisinə hücum etdiyini deyib.

Trend-in məlumatına görə, bu açıqlama ilə husilərin hərbi nümayəndəsi Yəhya Səriya çıxış edib.

"Yəmən Silahlı Qüvvələrinin dəniz qüvvələri Ədən körfəzində İsrailə məxsus "MSC Darwin" gəmisinə raket və pilotsuz uçuş aparatları ilə hücum edib, əməliyyat məqsədlərinə uğurla çatıb", - deyə Y.Səiyanın "Telegram" kanalında bildirilib.

Husilər həmçinin “Qırmızı dəniz, Ərəb dənizi və Hind okeanında İsrail gəmiçiliyini pozmaq üçün hərbi əməliyyatlarını davam etdirəcəklərini” təsdiqləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti