...

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan və amerikalı caz ifaçılarının konserti keçirilib (FOTO)

Mədəniyyət Materials 13 Aprel 2017 16:41 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində ABŞ səfirliyi Azərbaycanla diplomatik əlaqələrinin 25 illiyinə həsr olunmuş tədbir keçirib.
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan və amerikalı caz ifaçılarının konserti keçirilib (FOTO)

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində ABŞ səfirliyi Azərbaycanla diplomatik əlaqələrinin 25 illiyinə həsr olunmuş tədbir keçirib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, tədbirdə ABŞ-Azərbaycan ikitərəfli münasibətlərinin tarixinə həsr olunmuş video nümayiş olunub. Sonra ABŞ səfiri Robert Sekuta və Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev səhnəyə çıxaraq iki ölkə arası uğurlu əməkdaşlıq barəsində danışıblar.

Tədbirdə amerikalı caz ifaçısı Qabriel Stravelli və Azərbaycanın əməkdar artisti Sevda Ələkbərzadə çıxış ediblər. Onlar həm də “Saçlarına gül düzüm” mahnısını birgə ifa ediblər. Onları Azərbaycan caz pianoçusu Elçin Şirinov və amerikalı musiqiçilər Devid Kuk, Patrik Oliri, Erik Xelvorson müşayiət ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti