...

Üzqırxan geldən telefon dəsti çıxdı (FOTO)

Hadisə Materials 26 Yanvar 2015 19:17 (UTC +04:00)
3 saylı İstintaq təcridxanasına telefon keçirmək cəhdinin qarşısı alınıb.
Üzqırxan geldən telefon dəsti çıxdı (FOTO)

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir İlkin İzzət/

3 saylı İstintaq təcridxanasına telefon keçirmək cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 3 saylı İstintaq təcridxanasında saxlanılan Həsənbala Sərdar oğlu Tahirovun yanına qısamüddətli görüşə gəlmiş dostu - Bakı şəhər sakini Cavad Raqib oğlu Cavad-zadənin üzərinə və gətirdiyi sovqata baxış keçirilib.

Baxış zaman sovqatda olan "ARKO MEN" üzqırxan gelin içərisində xüsusi üsulla gizlədilmiş, daxilində "Cin" danışıq kartı olan 1 ədəd "Samsung" markalı mobil telefon aparatı, 1 ədəd "Nar" danışıq kartı və 1 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

Qeyd edək ki, H.Tahirov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən həbs edilib.

Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər axtarış-baxış tədbirləri nəticəsində 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən 3 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Nicat Əmir oğlu Quliyevin yanına qısamüddətli görüşə gəlmiş bacısı oğlu - Bakı şəhər sakini Samir Cəmil oğlu Əhmədovun gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman əynindəki qış gödəkçəsinin sağ cibində gizlədilmiş, daxilində "Sim" və "Cin" danışıq kartları olan 1 ədəd "Samsung" və daxilində "Azercell" danışıq kartı olan 1 ədəd "Iphone" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Bundan başqa, Ədliyyə Nazirliyi Penitensiar Xidmət əməkdaşları tərəfindən 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinə əsasən 7 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Vüqar Bəxtiyar oğlu Mirzəyevin yanına qısamüddətli görüşə gəlmiş qardaşı - Bakı şəhər sakini vətəndaş Vüsal Bəxtiyar oğlu Mirzəyevin üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman sovqatda olan qəndlərin 8 ədədinin oyularaq içərisində gizlədilmiş ümumi xalis çəkisi 2,14 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti