...

İstanbulda gəmi tarixi villaya çırpıldı (FOTO)

Hadisə Materials 21 İyul 2015 19:11 (UTC +04:00)
İstanbulun Bosfor boğazı sahillərində gəmi XIX əsrə aid villaya çarpıb.
İstanbulda gəmi tarixi villaya çırpıldı (FOTO)

Azərbaycan, Bakı, 21 iyul /Trend/

İstanbulun Bosfor boğazı sahillərində gəmi XIX əsrə aid villaya çırpılıb.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, "Majed and Randy" adlı gəmi Syerra-Leone bayrağı altında üzüb.

106 metrlik gəminin 1860-cı ilə aid tikiləyə çırpılması nəticəsində villanın fasadı dağılıb.

İdarəetməni itirmiş gəminin törətdiyi qəza nəticəsində heç kəs xəsarət almayıb. Gəminin də zərər gördüyü bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti