...

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Hadisə Materials 4 Avqust 2015 22:17 (UTC +04:00)
Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Azərbaycan, Bakı, 4 avqust /Trend/

Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, binanın 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 52 kv.m olan 1 otaqlı mənzilin mətbəxındə 4 kv.m sahədə mətbəx mebeli, 2-ədəd plastik pəncərə yanıb, digər mətbəx əşyaları qismən qarsalanıb və yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 8 kv.m sahədə əriyib.

Yanğınsöndürənlər tərəfindən mənzildə həcmi 5 litr olan, məişətdə istifadə edilən qaz balonu təhlükəsiz əraziyə çıxarılıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti