...

Qusarda 6 otaqlı ev yanıb

Hadisə Materials 28 Avqust 2015 09:30 (UTC +04:00)
Qusarda 6 otaqlı ev yanıb
Qusarda 6 otaqlı ev yanıb

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir Elmir Murad/

Qusarda mənzildə yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində rayonun Hil kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m olan 2 mərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 120 kv.m sahədə yanaraq yararsız hala düşüb.

Yanğınsöndürənlərin hadisəyə cəld müdaxiləsindən sonra evin qalan hissəsini yanğından mühafizə etmək mümkün olub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti