...

“Portu” futbol klubu Serjio Konseysao ilə müqaviləni yeniləyib

İdman Materials 26 Aprel 2024 03:24 (UTC +04:00)
“Portu” futbol klubu Serjio Konseysao ilə müqaviləni yeniləyib

Bakı. Trend:

“Portu” baş məşqçi Serjio Konseysao ilə yeni müqavilə imzalayıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, tərəflər arasında yeni razılaşma 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Konseysao 2017-ci ildən “Portu”ya başçılıq edir. 49 yaşlı mütəxəssis komandaya 3 çempionluq və 3 dəfə ölkə kuboku titulunu qazandırıb. "Əjdahalar" onun rəhbərliyi ilə 372 oyunda 268 qələbə qazanıblar, 49 oyunda heç-heçə və 55 görüşdə məğlubiyyət qeydə alınıb.

Qeyd edək ki, 2023/2024 mövsümündə “Portu” 62 xalla 3-cü pillədə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti