...

DİN 4 nəfərin öldüyü hadisə barədə məlumat yayıb

Hadisə Materials 28 Noyabr 2015 13:44 (UTC +04:00)
Daxili İşlər Nazirliyi Goranboy rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
DİN 4 nəfərin öldüyü hadisə barədə məlumat yayıb

Bakı. Elmir Murad - Trend:

Daxili İşlər Nazirliyi (DİN) Goranboy rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Trend nazirliyin saytına istinadən xəbər verir ki, qəza rayonun Veyisli kəndində qeydə alınıb. Belə ki, kənddə rayon sakinləri Ələsgər Ələsgərovun və Saday İsmayılovun idarə etdikləri "VAZ-2107" markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü və Ə.Ələsgərovun sərnişinlərindən Nofəl İsmayılov, habelə S.İsmayılovun sərnişinlərindən Yaşar Rzayev hadisə yerində ölüb. Ə.Əsgərovun digər 3 sərnişini və S.İsmayılovun digər 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Goranboy rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti