...

Gəncədə bir ay əvvəl mənzilə basqın edənlərdən 4-ü tutuldu

Hadisə Materials 13 Fevral 2016 13:20 (UTC +04:00)
Gəncə şəhərində mənzilə basqın edən 5 nəfərdən 4-ü tutulub.
Gəncədə bir ay əvvəl mənzilə basqın edənlərdən 4-ü tutuldu

Bakı. Samir Əli - Trend:

Gəncə şəhərində mənzilə basqın edən 5 nəfərdən 4-ü tutulub.

Trend Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Nizami (Gəncə) rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 4-də şəhər sakini Şəfəq Hüseynovaya məxsus evdən 50 manat və 20 min manat dəyərində qızıl əşyalar oğurlamış həmyerliləri, əvvəllər məhkum olunmuş Zaur Mehdiyev, Seymur Mədətov, Vaqif Bəhlulzadə, Göygöl rayon sakinləri İsmət Musayev tutulub, daha 1 nəfər isə müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti