...

İsmayıllıda ev yandı - xəsarət alan var

Hadisə Materials 30 Sentyabr 2016 17:19 (UTC +04:00)
Gündüz saatlarında İsmayıllıda yanğın baş verib.
İsmayıllıda ev yandı - xəsarət alan var

Bakı. Trend:

Gündüz saatlarında İsmayıllıda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda vətəndaşa məxsus ümumi sahəsi 30 m2 olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları, evə bitişik tikilmiş ümumi sahəsi 70 m2 olan talvarın yanar konstruksiyaları 20 m2 sahədə və bitişik ümumi sahəsi 180 m2 olan 1 mərtəbəli 6 otaqlı evin 2 ədəd pəncərəsi qismən qarsalanıb.

Yanğınsöndürənlər hadisə yerinə çatana kimi 1 nəfər vətəndaş yüngül yanıq xəsarətləri almış və təcili yardım tərəfindən ona ilkin yardım göstərilmişdir. Evin və talvarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 14:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti