...

1800 nəfər məsuliyyətə cəlb edildi - səbəb narkotik

Hadisə Materials 14 Oktyabr 2016 16:54 (UTC +04:00)
Bu ilin 9 ayı ərzində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 1800 nəfər məsuliyyətə cəlb edilib.
1800 nəfər məsuliyyətə cəlb edildi - səbəb narkotik

Bakı. Samir Əli-Trend:

Bu ilin 9 ayı ərzində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 1800 nəfər məsuliyyətə cəlb edilib. Trend-in məlumatına görə, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun hesabatında göstərilib.

Məlumata görə, məsuliyyətə cəlb edilənlərdən 1-i 18 yaşadək, 129-u 18-25 yaşadək, 292-i 26-29 yaşadək, 1378-i 30 yaşdan yuxarı,11-i fəhlə, 5-i qulluqçu, 1645-i işləməyənlər, 1772-i kişilər, 28-i qadınlar, 19 nəfəri isə xarici ölkə vətəndaşları olub ki, onlardan da ümumilikdə 522 kq-dan artıq narkotik vasitə və psixotrop maddələr götürülüb. Əcnəbilərdən 12-i İran, 4-ü Gürcüstan, 1-i Hindistan,1-i Belarus, 1-i isə Türkmənistan vətəndaşı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti