...

Bakıda ağır yol qəzasında iki ərəb turist öldü

Hadisə Materials 7 Noyabr 2016 12:38 (UTC +04:00)
Bakıda ərəb turistlər yol qəzasında həlak olub.
Bakıda ağır yol qəzasında iki ərəb turist öldü

Bakı. Trend:

Bakıda ərəb turistlər yol qəzasında həlak olub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə noyabrın 5-də saat 17 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində baş verib. Şirvan şəhər sakini Rasim Abıyevin idarə etdiyi "Mercedes" və Sumqayıt şəhər sakini Elçin Məmmədovun idarə etdiyi "Nissan" markalı avtomobillər toqquşub. Nəticədə E.Məmmədovun sərnişinlərindən - Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları Suhail Saeed Almeqbaali və Lamees Ziyad Mahmoud Jbareh hadisə yerində ölüb, özü və digər 1 sərnişini, habelə R.Abıyevin 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti