...

Qubada istirahət mərkəzində sevgilisini öldürən şəxsin məhkəməsi başlayıb

Hadisə Materials 11 Noyabr 2016 12:27 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən 1982-ci il təvəllüdlü Elməddin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Qubada istirahət mərkəzində sevgilisini öldürən şəxsin məhkəməsi başlayıb

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən 1982-ci il təvəllüdlü Elməddin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Trend-in məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

E.Əhmədov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi məhkəmədə iştirak etmədiyi üçün məhkəmə iclası noyabrın 17-ə təyin edilib.

İttihama görə, bu il yanvarın 15-də Quba şəhərində yerləşən “Retro” istirahət mərkəzində Sumqayıt şəhər sakini, 1978-ci il təvəllüdlü Könül Zalovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb. Məlum olub ki, yanvarın 13-nə keçən gecə K.Zalova idarə etdiyi “İnfiniti” markalı avtomobillə tanışı, Bakı şəhər sakini E.Əhmədovla birgə istirahət mərkəzinə gəlib. Meyit tapılarkən E.Əhmədov hadisə yerində olmayıb. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə, axtarışda olan E.Əhmədov tutulub. Əməliyyat tədbirləri ilə yanvarın 15-də onun K.Zalovanı boğaraq qətlə yetirdiyi müəyyən edilib. Qətlə pul mübahisəsinin səbəb olduğu deyilir. K.Zalovanın E.Əhmədovun 200 min manat pulunu mənimsədiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti