...

Qaradağda “BMW” və “Nissan” toqquşub - 3 yaralı

Hadisə Materials 23 Noyabr 2016 10:17 (UTC +04:00)
Xocəsən qəsəbəsində ağır yol qəzası olub.
Qaradağda “BMW” və “Nissan” toqquşub - 3 yaralı

Bakı. Trend:

Xocəsən qəsəbəsində ağır yol qəzası olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qaradağ rayonu, Xocəsən qəsəbəsində “BMW” və “Nissan” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq “Nissan” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 3 sərnişini çıxarıb və aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat saat 08:42-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti