...

"Abşeron" gənclər şəhərciyində yanğın: sakinlər təxliyə olunub

Hadisə Materials 24 Noyabr 2016 23:52 (UTC +04:00)
Abşeron rayonunda yaşayış binasında yanğın baş verib.
"Abşeron" gənclər şəhərciyində yanğın: sakinlər təxliyə olunub

Bakı. Samir Əli - Trend:

Abşeron rayonunda yaşayış binasında yanğın baş verib.

Trend-in məlumatına görə, hadisə rayon ərazisindəki "Abşeron" gənclər şəhərciyində qeydə alınıb.

Şəhərcikdəki 19-cu yaşayış blokunun 9-cu mərtəsində elektrik kabellərində qısaqapanma baş verib. Bununla əlaqədar bina sakinləri təxliyə olunub.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin iki yanğınsöndürən briqadası cəlb edilib və tüstülənmənin qarşısı alınıb.

Hazırda binanın elektrik naqilləri yoxlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti