...

Gömrük nəzarətindən gizlədilmiş 26000 siqaret müsadirə olundu (FOTO)

Hadisə Materials 25 Noyabr 2016 11:37 (UTC +04:00)
“Sınıq Körpü” gömrük postunda gömrük nəzarətindən gizlədilən 26000 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.
Gömrük nəzarətindən gizlədilmiş 26000 siqaret müsadirə olundu (FOTO)

Bakı. Trend:

“Sınıq Körpü” gömrük postunda gömrük nəzarətindən gizlədilən 26000 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn Gürcüstan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 26000 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti