...

Xətai sakini 4-cü mərtəbənin eyvanından yıxıldı

Hadisə Materials 27 Dekabr 2016 19:26 (UTC +04:00)
Xətai rayonunda bədbəxt hadisə baş verib.
Xətai sakini 4-cü mərtəbənin eyvanından yıxıldı

Bakı. Trend:

Xətai rayonunda bədbəxt hadisə baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda vətəndaşın 4 mərtəbəli binanın 4-cü mərtəbəsinin eyvanından yıxılaraq blokun giriş qapısının üstündəki beton örtüyün üzərinə düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı aşağı endirərək aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 17:34-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti