...

Diş məcununda gizlədilən psixotrop maddə aşkar edilib

Hadisə Materials 15 Mart 2017 19:08 (UTC +04:00)
Biləsuvar Gömrük İdarəsinin əməkdaşları psixotrop maddənin gömrük nəzarətindən gizlədilmiş şəkildə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
Diş məcununda gizlədilən psixotrop maddə aşkar edilib

Bakı. Trend:

Biləsuvar Gömrük İdarəsinin əməkdaşları psixotrop maddənin gömrük nəzarətindən gizlədilmiş şəkildə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, idarənin gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşının idman çantasındakı əşyalara baxış keçirilib.

Baxış zamanı, çantanın ön cibindəki diş məcununun içərisində 4 ədəd bükümdə, cəmi 39 ədəd buprenorfin adlı həb aşkar olunub.

Xatırladaq ki, buprenorfin adlı həb "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr"in II Siyahısına daxildir və 39 həbdə buprenorfinin təsiredici maddəsinin ümumi miqdarı 0,078 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti